Suriya Ərəbistan və Türkiyənin terrorçuları dəstəkləmələrinə reaksiya verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i216196-suriya_Ərəbistan_və_türkiyənin_terrorçuları_dəstəkləmələrinə_reaksiya_verib
Suriyanın Xarici İşlər Nazirliyi Ankara və Ərriyadın terror qruplarını dəstəkləmələrini pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 25, 2016 04:59 Asia/Baku
  • Suriya Ərəbistan və Türkiyənin terrorçuları dəstəkləmələrinə reaksiya verib
    Suriya Ərəbistan və Türkiyənin terrorçuları dəstəkləmələrinə reaksiya verib

Suriyanın Xarici İşlər Nazirliyi Ankara və Ərriyadın terror qruplarını dəstəkləmələrini pisləyib.

Suriya rəsmi xəbər agentliyinin məlumatına görə, Suriyanın Xarici İşlər Nazirliyi bazar günü BMT-nin baş katibi və bu təşkilatın Təhlükəsizlik Şurasına ünvanladığı ayrı-ayrı məktublarda təkfirçilərin Hələb və Dəməşq ətrafındakı terror hərəkətlərinə toxunaraq, Ankara və Ərriyadın terror qruplarını dəstəkləmələrini pisləyib.

Suriya Xarici İşlər Nazirliyi bildirib ki, bu cinayətlər təkfirçilərin Suriya xalqına qarşı keçmiş cinayətləri çərçivəsində və Ərəbistan və Türkiyə rejimlərinin göstərişləri ilə həyata keçir.

Suriyanın Xarici İşlər Nazirliyi həmçinin bildirib: Ankara və Ərriyad təkfirçi terrorçuları himayələrilə Cenevrə sülh müzakirələrinin uğursuz qalmasının ardıncadırlar və müxaliflərin bu müzakirələrdə iştiraklarının dayandırılması və onların təkfirçilərdən Suriyanın dövləti və ordusu ilə mübarizəni davam etdirməyi istəmələri bu iddiya bir sənəddir.

Suriya Xarici İşlər Nazirliyinin məktublarının davamında deyilir: Rəsmi Dəməşq açıq şəkildə bildirir ki, təkfirçilərin terror hərəkətləri bizi terrorizmlə mübarizədən saxlamayacaqdır.

Suriya 2011-ci ilin martından xarici terrorçuların bu ölkəyə girmələrindən irəli gələn böhranla üz-üzədir.

Cenevrə sülh müzakirələrinin yeni dövrü BMT-nin vasitəçiliyilə Suriya böhranının həlli məqsədilə aprelin ortalarından başlanıbdır.