Hələb ən çətin günə dözdü
-
Hələb ən çətin günə dözdü
Terrorçular Hələbdə yaşayış məntəqələrinə qarşı artilleriya hücumlarında qaz kapsulalarından istifadə ediblər ki, çoxlu sayda qəlpəyə malikdir və daimi əlilliyə bais olur.
Əlməyadin telekanalının məlumatına görə, Suriyanın şimalındakı Hələb şəhəri ötən sutka ərzində bu ölkədə böhranın başlanmasından bəri ən çətin şəraiti təcrübə edibdir.
Terrrorçuların Hələbə qarşı mərmi hücumlarında onlarla nəfər şəhid olub və bu şəhərdə heç bir küçə mərmi hücumlarından amanda qalmayıbdır. Hələbdə mülkilər "Azad ordu" adlı silahlı qrupun atəşkəsə sədaqətin dayandırılması üzrə qərarının zərərini ödəyir.
Atışma və mərmi hücumlarının səsi Hələbdə eşidilən səsdir. Kövrək atəşkəs pozulubdur.
Hələb küçələri gecə-gündüz mərmi hücumlarının şahidi olub. "Azad ordu" Hələb mülkilərinə rəhm etmir. Hücumlarda yüzlərlə nəfər "Azad ordu"nun "cəhənnəm artilleriyası" adlandırdığı vasitə ilə həlak olub və ya yaralanıbdır.
Hələb xəstəxanasının ekspertiza şöbəsinin müdiri Zahir Həcv Əlməyadin-ə deyib: Ötən bir həftədə silahlı qrupların hücumlarının artmasınn şahidi olmuşuq. Bu hücumlarda təqribən iki yüz nəfər yaralanıb və 21 nəfər də şəhid olubdur ki, onlardan on bir nəfəri uşaq və qadın olubdur. Atəşkəsin elan olunmasından bəri 94 nəfər şəhid olub, 452 nəfər də yaralanıbdır ki, yaralılardan 45 nəfəri uşaq və qadındır.
Hələb dünyad yaşamaq üçün ən təhlükəli bir məntəqəyə çevrilib və mərmilər və snayperlərin atəşləri bu şəhərdə yaşayış üçün fürsət qoymur.
Bu reportajın davamında deyilir: Hələb əhalisinin səsi dünya xalqlarının qulağına çatmır və bu şəhərdə artilleriya hücumlarında yüzlərlə nəfərin ölüb və yaralanmasının təsvirləri beynəlxalq təşkilatlara çatmır.
Mülkilər burada yağış kimi göydən yağan ölüm qarşısında tək qoyulubdur. Bəşəriyyət Hələb şəhərindəki faciələr qarşısında bir dəqiqə sükut etməlidir.
Avropalı heyətlərin Suriyaya səfərlərinin davamı
Başqa bir hadisədə Suriyanın Ələxbariyyə telekanalı avropalı heyətlərin bu ölkəyə ardıcıl səfərlərindən xəbər verib.
Suriya Ərəb Respublikasının müftisi doctor Əhməd Bədrəddin Həsun Avropa Parlamentinin üzvlərindən ibarət Azadlıq və Sülh Naminə Koalisiya heyəti ilə görüşdə deyib: Suriyada terrorçuları toplamaqda və onları Avropaya göndərməkdə məqsəd, Avropanın birliyini pozmaq və müasir sivilazisiyanın pozulmasıdır.
Avropalı heyət də bildirib ki, hədəfi, Suriya xalqının Rusiya və Avropa xalqları ilə həmkarlığı və sülhə nail olmaq üçün bu xalqa yardımdır.
Avropa Parlamentinin üzvlərindən ibarət Azadlıq və Sülh Naminə Koalisiya heyətinin sədri Roberto Viri deyib: Son hadisələrə əsasən, Avropanın siyasətləri və xalqın baxışı dəyişibdir və xalq başa düşübdür ki, terrorçular Suriyadan Avropaya gəlirlər və Suriyada olan terrorçular bütün ölkələrdən gəliblər. Bu terrorçular Suriyada digər ölkələrin pulları ilə təlim görür və Avropaya gəlirlər.
Avropalı heyətlərin görüşləri Avropanın ümumi fikrini Suriyanın durumundan yayındırmaq üzrə fitnəlrəin aradan götürülməsinə bais olur və göstərir ki, Suriya sülh diyarıdır və sülh və öz sivilizasiyasının müdafiəsi üçün mübarizə aparır.
Ələxbariyyə əlavə edib: Suriya müftisi Yunanıstan parlamentinin üzvü İvanis Sakendisin başçılıq etdiyi bu ölkənin heyətilə də görüşüb. Bu görüş iki ölkə arasında fikri və tarixi əlaqələri möhkəmləndirmək məqsədilə keçirilib və onda terrorizmlə əhatəli mübarizə vurğulanıb.
Sakendis deyib: Çalışırıq ki, iki ölkə əlaqələrini adi vəziyyətə qaytaraq. Biz Suriya xalqı ilə Türkiyənin düşmənçilikləri, terror qruplarını himayələri, Ərdoğanın çox yuxarıdan getməsi və bu ölkənin siyasətlərinin təhlükəli olması haqda həmfikirik və sizing bu barədəki baxışınızı yunan xalqının qulağına çatdıracağıq.