May 01, 2016 08:46 Asia/Baku
  • Bəhreyndə anti-hökumət aksiyası
    Bəhreyndə anti-hökumət aksiyası

Bəhreyn vətəndaşları Ali-Xəlifə rejiminin repressiya siyasətlərinə etiraz olaraq, aksiya keçiriblər.

Bəhreyndə Əllolo xəbər portalının məlumatına görə, Bəhreynin paytaxtı Manamanın Əlbilad Əlqədim məntəqəsinin sakinləri şənbə günü gecə aksiya keçirərək, bu ölkədə Ali-Səud rejiminin cinayətləri və Ali-Xəlifə rejiminin repressiyalarının davam etməsinə etiraz ediblər. Təhlükəsizlik qüvvələri sürətlə bu aksiyanı yatırıb və hərbi maşınlarla əhalini təqibə məruz qoyublar.

Əlbərbar məntəqəsində də məscidlərin dağıdılması və onların bərpasının yubadılmasına qarşı etirazlar xüsusiyyət təşkil etməklə Bəhreyndə firqəvi siyasətlərin pislənilməsi istiqamətində dinc aksiya keçirilib və aksiyaçılar məscidlərin özlərinin əsl məkanlarında bərpa olunmasını istəyiblər.

Əlmirx, Əlsədəd, Əlnəim, Əbusibə və Əlşaxurə məntəqələrinin sakinləri də Ali-Xəlifə rejiminin təhlükəsizlik hərəkət və təhdidlərinə reaksiyada aksiya keçiriblər. Onlar şüarlar verərək, bütün qanuni tələblərinin yerinə yetirilməsi zamanınadək etirazlarının davam edəcəyini vurğulayıblar.

Məscidlərin dağıdılması və müsəlmanların zülmə məruz edilmələrini pisləmək və qanuni tələblərə təkid etmək məqsədilə Bəhreynin müxtəlif məntəqələrində dinc gecə aksiyalarının keçirilməsi davam edir.

Teqlər