İraqın cənubunda baş verən partlayışlarda onlarla adam həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i216865-İraqın_cənubunda_baş_verən_partlayışlarda_onlarla_adam_həlak_olub
İraqın cənubunda yerləşən Əl-Müsənna vilayətində içərisinə bomba yerləşdirilmiş iki ədəd avtomobilin partladılması nəticəsində 60-dan çox adam ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2016 13:53 Asia/Baku
  • İraqın cənubunda baş verən partlayışlarda onlarla adam həlak olub
    İraqın cənubunda baş verən partlayışlarda onlarla adam həlak olub

İraqın cənubunda yerləşən Əl-Müsənna vilayətində içərisinə bomba yerləşdirilmiş iki ədəd avtomobilin partladılması nəticəsində 60-dan çox adam ölüb və yaralanıb.

Skay Nyus telekanalının verdiyi məlumata görə, bu gün Əlsəmavə şəhərində baş verən bu terror hadisəsində 23 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Terrorçu İŞİD qruplaşması bu partlayışların məsuliyyətini öz üzərinə götürüb.

Dünən də Bağdadın cənub şərqində Ənnəhrəvn bölgəsində müqəddəs məkanların zəvvarlarının hərəkəti istiqamətində törədilən partlayış nəticəsində 21 zəvvar ölmüş , 42 nəfər də yaralanmışdı.

İraq Paytaxtı vaxtaşırı olaraq, terrorçu hadisələrin şahididir, bu hadisələr nəticəsində indiyədək çoxlu sayda mülki və təhlükəsizlik qüvvələri həlak olmuşlar.