Ərəbistan; Hələb qətliamının başlıca amili
https://azeri.sahartv.ir/news/qərbi_asia-i216925-Ərəbistan_hələb_qətliamının_başlıca_amili
Livan Hizbullahının İcra Şurasının sədr müavini Suriyanın Hələb şəhərində törədilən qırğınlara görə Ərəbistanın məsuliyyət daşıdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2016 06:41 Asia/Baku
  • Ərəbistan; Hələb qətliamının başlıca amili

Livan Hizbullahının İcra Şurasının sədr müavini Suriyanın Hələb şəhərində törədilən qırğınlara görə Ərəbistanın məsuliyyət daşıdığını bildirib.

Gənc Jurnalistlər Klubunun verdiyi məlumata görə, Nəbil Qavuq dünən deyib: Ərəbistan bu gün Hələbdə törədilən qırğınlara görə 1 nömrəli müttəhimdir. Çünki, əl-Qaidə və təkfirçi terrorçuları maliyyələşdirir və silahlandırır.

Qavuq əlavə edib: Ərəbistan Suriya böhranının həll edilməsini istəmir. Və artıq heç kəs üçün sirr deyil ki, Ənnüsrə Cəbəsi Suriyada Ərəbistan silahları hesabına savaşır.

O, daha sonra deyib: İsrail Yəmən və İraqda müharibə odunu alvolandırmasına görə Ərəbistandan razıdır.

Qavuq əlavə edib: Ərəbistanın Livan Hizbullahına qarşı fitnələri heç vaxt müqavimət iradəsini sındıra bilməz.