May 09, 2016 10:10 Asia/Baku
  • Ərdoğan İŞİD-lə mübarizə beynəlxalq koalisiyasını suçladı
    Ərdoğan İŞİD-lə mübarizə beynəlxalq koalisiyasını suçladı

Türkiyə prezidenti ABŞ-ın başçılıq etdiyi İŞİD əleyhinə mübarizə koalisiyasının üzvlərini bir daha Ankaranı bu yolda tək qoymaqda suçlayıb.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan son vaxtlar Türkiyə ərazisində baş verən terror aktlarına toxunaraq deyib: Onlar həm terror aktlarını davam etdirən, həm də Kilis şəhərini hücumlara məruz qoyan İŞİD terror qruplaşması ilə mübarizədə bizi tək qoyublar.

Kilis sərhəd şəhəri daim Suriya ərazisindən atılan raket hücumlarına məruz qalır.

İstanbul şəhərində qısametrajlı filmlər festivalında çıxış edən Ərdoğan iddia edib ki, Suriyada İŞİD-lə mübarizə apardıqlarını deyənlərin heç biri, bizim bu qruplaşmaya vurduğumuz qədər zərbə vura bilməmişdir.

Halbuki Türkiyə hökumətinin özü terror qruplaşmaları, xüsusilə də İŞİD-ə maliyyə və silah dəstəyi ilə Suriyada böhranın yaranması və de-stabilliyin artmasına səbəb olmuşdur. Eyni zamanda Suriya böhranı ərzində İŞİD sıralarında müxtəlif Asiya və Avropa ölkələrindən terrorçuların Suriya müharibə meydanına daxil olmaq üçün Türkiyə giriş nöqtəsi olmuş və bu terror qruplaşmasının bəzi ofisləri Türkiyədə hələ də fəaliyyət göstərir.

Teqlər