Xan Tumanda terrorçular məhv edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i217657-xan_tumanda_terrorçular_məhv_edildi
Suriyanın Nücəba İslam Müqavimət Hərəkatı Hələbin Xan Tuman şəhərində terrorçuların mövqelərini atəşə tutaraq terrorçulara ağır zərbələr endirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2016 15:38 Asia/Baku
  • Xan Tumada terrorçular məhv edildi
    Xan Tumada terrorçular məhv edildi

Suriyanın Nücəba İslam Müqavimət Hərəkatı Hələbin Xan Tuman şəhərində terrorçuların mövqelərini atəşə tutaraq terrorçulara ağır zərbələr endirib.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Suriyanın Nücəba İslam Müqavimət Hərəkatı Suriyanın Hələb vilayətinin Xan Tuman şəhərində terrorçuların mövqelərini atəşə tutaraq çoxlu sayda əl-Nüsrə Cəbhəsi terrorçusunu öldürüb. Bu əməliyyatda çoxlu sayda terrorçu da yaralanıb.

Bəzi ərəb mediaları Suriya ordusu və müqavimət qüvvələrinin Xan Tumanın geri alınması üçün hazırlaşdığını bildirirlər.

Bir neçə ay öncə Xan Tuman şəhəri azad olundu. Lakin bir neçə gün öncə ABŞ və Rusiyanın anlaşdığı atəşkəsdən sui-istifadə edən terrorçular qəfildən Suriya qüvvələri və iranlı hərbi məsləhətçilərə hücum edərək bu şəhəri işğal ediblər.