BƏƏ Yəmənin Ədən vilayətinin şimal sakinlərini vilayətdən çıxarır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i217663-bƏƏ_yəmənin_Ədən_vilayətinin_şimal_sakinlərini_vilayətdən_çıxarır
Yəmənin cənubunda Ədənin təhlükəsizliyi üzrə məsuliyyəti üzərinə götürən Birləşmiş Ərəb Əmirlikləri bu bölgə sakinlərinin vilayətdən çıxarılması əməliyyatına başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2016 15:38 Asia/Baku
  • BƏƏ Yəmənin Ədən vilayətinin şimal sakinlərini vilayətdən çıxarır
    BƏƏ Yəmənin Ədən vilayətinin şimal sakinlərini vilayətdən çıxarır

Yəmənin cənubunda Ədənin təhlükəsizliyi üzrə məsuliyyəti üzərinə götürən Birləşmiş Ərəb Əmirlikləri bu bölgə sakinlərinin vilayətdən çıxarılması əməliyyatına başlayıb.

Əl-Xəlic əl-Cədid xəbər portalının məlumatına görə, Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb koalisiyası çərçivəsində Ədənin təhlükəsizliyi və idarə olunmasının məsuliyyətini üzərinə götürən BƏƏ yeni bir addımda əslən Yəmənin şimal sakinləri olan yəmənliləri Ədəndən çıxarmağa başlayıb.

Birləşmiş Ərəb Əmirliklərinin bu addımın Ədənin təhlükəsizliyinin qorunması üçün atıldığını iddia etdiyi bir halda, bu plan daha çox Yəmənin parçalanması üzrə plana bənzəyir.