Əfqanıstanın Nəngərhar əyalətində qanlı terror
https://azeri.sahartv.ir/news/qərbi_asia-i217786-Əfqanıstanın_nəngərhar_əyalətində_qanlı_terror
Əfqanıstanın Nəngərhar meriyasının sözçüsü bildirib ki, Naziyan şəhərində törədilən partlayışda 7 nəfər ölüb, 17 nəfər isə yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2016 07:42 Asia/Baku
  • Əfqanıstanın Nəngərhar əyalətində qanlı terror
    Əfqanıstanın Nəngərhar əyalətində qanlı terror

Əfqanıstanın Nəngərhar meriyasının sözçüsü bildirib ki, Naziyan şəhərində törədilən partlayışda 7 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

İRNA-nın məlumatına görə, Ətaullah Xugyani çərşənbə günü yerli medialarına müsahibəsində deyib: bu hücum çərşənbə axşamı Naziyan şəhərinin Ləndi məntəqəsində, terrorçulara qarşı mübarizə aparan xalq qüvvələri komandanlarından birinin mənzilində törədilib.

Hadisə zaman xalq qüvvələri komandanı Məlik Dehqanın yaralandığını və xəstəxanaya qaldırıldığını bildirib. Hadisədə yaralanan 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Bəzi mənbələr isə bu hadisədə 11 nəfərin öldüyünü, 23 nəfərin isə yaralandığını bildirirlər.

Əfqanıstanın Nəngərhar əyaləti Pakistan ilə sərhəd məntəqədə yerləşir və İŞİD və əl-Qaidə terrorçuları bu məntəqədə aktiv fəaliyyətə malikdirlər.