Bəhreyndə hökumət əleyhinə aksiya
https://azeri.sahartv.ir/news/qərbi_asia-i218599-bəhreyndə_hökumət_əleyhinə_aksiya
Bəhreyn vətəndaşları Ali-Xəlifə rejiminin repressiv siyasətlərinin davam etməsinə etiraz olaraq aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 19, 2016 09:47 Asia/Baku
  • Bəhreyndə hökumət əleyhinə aksiya
    Bəhreyndə hökumət əleyhinə aksiya

Bəhreyn vətəndaşları Ali-Xəlifə rejiminin repressiv siyasətlərinin davam etməsinə etiraz olaraq aksiya keçiriblər.

Əl-loulou telekanalının məlumatına görə, Bəhreyn vətəndaşları ötən gün Şəhrəkan bölgəsində aksiya keçirərək Ali-Xəlifə rejiminin bəhreynli etirazçılara qarşı repressiv siyasətlərinin davam etməsinə etiraz ediblər.

Bəhreynli etirazçılar şüarlar verərək Bəhreyn xalqının qanuni tələbləri reallaşana qədər dinc etirazların davam etməsini vurğulayıblar.

Bəhreyn bayrağını əllərində tutan etirazçılar siyasi məhbusların azad olunması və bəhreynli etirazçıları qətlə yetirənlərin həbs edilməsini tələb ediblər.

Bəhreyn 2011-ci il fevral ayından Ali-Xəlifə rejiminə qarşı dinc ictimai etirazların şahididir. Bəhreyn vətəndaşları azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və xalqın seçdiyi hökumətin iqtidara gəlməsini istəyirlər.

Bu tələblər Bəhreyn rejiminin bəzi ərəb ölkələri, o cümlədən Ərəbistanla əlbir olaraq həyata keçirdiyi repressiyalarla üzləşmişdir.