Qılıçdaroğlu AKP-nin son konqresini tənqid etdi
Türkiyə Cümhuriyyətçi Xalq Partiyasının sədri tənqid xarakterli çıxışında bildirib: Ədalət və İnkişaf partiyasının son iclası Şimali Koreyanın Fəhlə Partiyasının konqersi kimi idi.
İSNA-nın məlumatına görə, Kamal Qılıçdaroğlu partiya sədri olaraq Binalı Yıldırımın seçilməsi ilə nəticələnən AKP-nin son konqresini tənqid edərək deyib: Bu konqresə hakim şərait və inzibat hərbi şərait kimi idi və Şimali Koreyanın iclaslarına bənzəyirdi.
O əlavə edib: İştirakçılar 22 may iclasında ayaqüstə duraraq fərmanı ağlayaraq və əl çalaraq təşviq edirdilər.
AKP-nin konqresində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciəti oxunan zaman iştirakçıların hamısı ayaqüstə onu dinləyirdilər.
AKP-nin son konqresində Binalı Yıldırım Ədalət və İnkişaf partiyasının yeni sədri seçildi və ardınca Türkiyənin yeni baş naziri təyin olundu.