Mardində qanlı terror, Türkiyə daha 3 hərbçisini itirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i219250-mardində_qanlı_terror_türkiyə_daha_3_hərbçisini_itirdi
Türkiyənin cənub şərqində, kürd sakinli məntəqələrdə təhlükəsizlik qüvvələrinə qarşı terror aktlarının davamında daha 3 təhlükəsizlik qüvvəsi bomba quraşdırılmış avtomobildən istifadə edilərək, öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2016 05:54 Asia/Baku
  • Mardində qanlı terror
    Mardində qanlı terror

Türkiyənin cənub şərqində, kürd sakinli məntəqələrdə təhlükəsizlik qüvvələrinə qarşı terror aktlarının davamında daha 3 təhlükəsizlik qüvvəsi bomba quraşdırılmış avtomobildən istifadə edilərək, öldürülüb.

Röyters-in verdiyi məlumata görə, Türkiyənin Daxili İşlər Nazirliyi cümə axşamı bildirb ki, Mardin əyalətində yerləşən Midiyat şəhərində bomba quraşdırılmış avtomobildən istifadə edərək, yoxlama-buraxılış məntəqəsində törədilən terror aktında 3 hərbçi həyatını itirib, 9 nəfər də yaralanıb.

Türkiyənin terrorizm ilə mübarizə qüvvələri hadisə yerinə gələrək, bu terror aktını törədən amillərin ələ keçirilməsi üzrə əməliyyat başladıblar.

Türkiyənin şərq və cənub m əntəqələri 2015-ci ilin iyul ayından bəri qanlı toqquşmaların şahididir.

Türkiyənin təhlükəsizlik qüvvələri ötən müddət ərzində 5000-dən çox PKK terrorçusunun öldürülməsindən xəbər verirlər.

Bu məlumata görə, bu müddət ərzində 500 təhlükəsizlik qüvvəsi də həyatını itirib. Yaralı sayı isə 2800 nəfər elan edilib.