Ərəbistan Yəməni vurdu, bir ailənin 12 üzvü həlak oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i219289-Ərəbistan_yəməni_vurdu_bir_ailənin_12_üzvü_həlak_oldu
Ərəbistan qırıcılarının Yəmənin Ləhəc əyalətinə olan hücumları zamanı bir ailənin 12 üzvü ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2016 12:24 Asia/Baku
  • Ərəbistan qırıcılarının Yəmənin Ləhəc əyalətinə olan hücumları
    Ərəbistan qırıcılarının Yəmənin Ləhəc əyalətinə olan hücumları

Ərəbistan qırıcılarının Yəmənin Ləhəc əyalətinə olan hücumları zamanı bir ailənin 12 üzvü ölüb.

Ərəbistan qırıcıları həmçinin, çərşənbə günü Yəmənin Cəvf və Məarib əyalətlərini bombardman ediblər. Bu hücumlar nəticəsində 2 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Ərəbistan Yəmən böhranı ilə bağlı Küveytdə sülh danışıqlarının həyata keçirilməsi məqsədi ilə atəşkəsin elan edilməsinə baxmayaraq, Yəmənə qarşı hücumlarını dayandırmır.

Ərəbistan 2015-ci ilin martından ABŞ-ın yaşıl işığı ilə Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb. Ərəbistan Yəmənə olan hücumlarını bu ölkənin istefada olan fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq bəhanəsi ilə əsaslandırmağa çalışır.

İndiyə kimi bu hücumlar nəticəsində minlərlə yəmənli ölüb və yaralanıb, ölkənin bütün infrastrukturları dağıdılıb.