Suriya bu ölkəyə xarici ölkə hərbçilərinin icazəsiz girişinə qarşı çıxdı
-
İmran Zəbi
Suriyanın informasiya naziri xarici ölkə hərbçilərinin rəsmi Dəməşqin icazəsi olmadan bu ölkəyə girməsi ilə müxalifət etdi.
İmran Zəbi Suriya dövlət telviziyasına verdiyi müsahibədə Ərəbistan hərbçilərinin Suriyaya daxil olması ehtimalı ilə bağlı sualın cavabında deyib: Rəsmi Dəməşqini icazəsi olmadan Suriya ərazisinə daxil olan istənilən xarici qüvvə Suriya silahlı qüvvələrinin təbii və qanuni reaksiyası ilə üzləşmiş olacaq.
İ.Zəbi əlavə edib: Suriya müstəqil hakimiyyətə malik bir ölkədir .
Suriyanın informasiya naziri terrorçuların sivil vətəndaşlara qarşı hücumlarının artmasına işarə edib və deyib: Suriyada terrorçular tərəfindən törədilən cinayətlərə qarşı yönəlmiş tənqidlər, bu terrorçuları himayə edən, silahlandıran və maliyyələşdirən Ərəbistan və Türkiyə əleyhinə real təzyiqə çevrilmədiyi zamana kimi, heç bir dəyərə malik deyil və suriyalıların öldürülməsinə də mane olmayacaq.