İŞİD İraqda Realın oynunu izləyənləri qətlə yetirdi
May 30, 2016 12:19 Asia/Baku
-
İŞİD İraqda Realın oynunu izləyənləri qətlə yetirdi
İŞİD terrorçuları Madiridin Real futbol klubunun tərəfdarlarına hücum edərək, 20 nəfəri öldürüb və yaralayıblar.
Avropada Çempionlar Liqasının final oyunu zamanı İraqın Bəqubə əyalətində oyunu izləməklə məşğul olan iraqlılar 4 İŞİD terrorçusunun hücumuna məruz qalıb.
As İspaniya qəzeti bu hadisədə 12 nəfərin öldüyünü, 8 nəfərin isə yaralandığını bildirib.
Ötən ay da İraqın Bələd şəhərində Realın azarkeşləri klubunda törədilən terror aktı zamanı 16 nəfər ölmüş, 12 nəfər isə yaralanmışdı.