Ərəbistan muzdluları Yəmənin cənubunda uğursuzluğa uğradılar
-
Ərəbistan muzdluları Yəmənin cənubunda uğursuzluğa uğradılar
Ərəbistan muzdlularının Yəmənin cənubuna olan hücumu uğursuz olub.
Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ali-Səud muzdluları Yəmənin cənubunda, Təiz əyalətinin Cəbəl Həbəşi və Ğavi məntəqələrinə hücum ediblər. Bu hücumda ağır itki verən muzdlular geri çəkilməyə məcbur olublar.
Ərəbistan muzdluları həmçinin, Yəmənin şimalında, Cəvf əyalətində yerləşən Mətun məntəqəsini raket hücumuna məruz qoyublar.
Digər tərəfdən Ərəbistan qırıcıları Yəmənin Səna əyalətində Nəhm şəhərinə raket zərbələri endiriblər.
Sədə əyalətində yerləşən Şəda sərhəd məntəqəsi də Ali-Səudun amansız hücumlarına məruz qalıb.
Aprel ayının 20-dən etibarən Küveytdə yəmənli qruplar arasında sülh müzakirələrinin cərəyan etdiyi bir şəraitdə Ərəbistan elan olunmuş atəşkəsi davamlı şəkildə pozaraq, sülh müzakirələrinin nəticəsiz qalmasına səbəb olub.