Türkiyə Suriyada əməkdaşlıqla bağlı ABŞ-a şərt təyin etdi
Türkiyə ABŞ-ın Suriyadakı əməliyyatlarına qoşulmaq üçün kürd qüvvələrin bu əməliyyatlardan çıxarılması şərtini irəli sürdü.
PressTV-nin verdiyi məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bazar ertəsi günü jurnalistlər qarşısında deyib: ABŞ-ın Suriyadakı əməliyyatlarına qoşulmaq üzrə şərtimiz Demokratik Birlik Partiyası(PYD) və onun hərbi qolu olan Xalq Müdafiə Qüvvələrinin(YPG) bu əməliyyatlardan kənarlaşdırılmasıdır.
Çavuşoğlu əlavə edib: Vaşinqton və Ankara Suriyanın şimalında yerləşən Məniç məntəqəsinin azad edilməsi və Suriya-Türkiyə sərhəd məntəqəsində İŞİD-in əlaqə yolunun kəsilməsi üzrə danışıqlar apardıqlarını deyib.
Türkiyə YPG-ni PKK ilə əməkdaşlıqda ittiham edir və ABŞ-ın kürd yaraqlıları ilə əməkdaşlığından narazıdır.