Nüsəybində bomba partlayışında 12 türk hərbçisi yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i219934-nüsəybində_bomba_partlayışında_12_türk_hərbçisi_yaralanıb
Türkiyənin cənub-şərqində bomba partlayışı nəticəsində azı 12 hərbçi yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2016 05:32 Asia/Baku
  • Nüsəybində partlayış
    Nüsəybində partlayış

Türkiyənin cənub-şərqində bomba partlayışı nəticəsində azı 12 hərbçi yaralanıb.

Doğan İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə polis məmurları və hərbçilərindən ibarət bir qrup çərşənbə günü araşdırma üçün Nüsəybin şəhərində dağılmış yaşayış mənzilinə giriblər. Partayışın baş verməsi nəticəsində 2 polis və 10 hərbçi yaralanıb.

Xəstəxanaya köçürülən yaralılardan bəzisinin vəziyyətinin ağır olduğu bildirilir.

Nüsəybin polisi PKK üzvlərini bu hadisənin əsas amilləri adlandırıb.

Türkiyənin kürd sakinli bölgələri 10 aydır türk hərbçilərlə PKK üzvləri arasında qarşıdurmaların şahididir.