Yəməndə ABŞ-ın müdaxilələrinə etiraz
-
Yəməndə ABŞ-ın müdaxilələrinə etiraz
Yəmənin şimal-qərbində yüzlərlə yəmənli ABŞ-ın müdaxilələrinə etiraz olaraq aksiya keçirib.
Əl-Məsirə telekanalının məlumatına görə, çərşənbə günü yüzlərlə yəmənli ABŞ-ın müdaxilələri, amerikalı hərbçilərin bu ölkənin cənubundakı iştirakına etiraz olaraq Həccə vilayətində aksiya keçirib.
Etirazçılar Ərəbistanın Yəməndəki cinayətləri və ABŞ-ın bu cinaytləri hərtərəfli şəkildə dəstəkləməsi qarşılığında BMT-nin sükutunu pisləyərək Yəmən ordusu və xalq qüvvələrinə dəstəklərini elan ediblər.
Yəmənin izzəti və müstəqilliyinin qorunması yolunda döyüşmək üçün tam hazır olduqlarını bildirən yəmənlilər ölkənin cənubunda vətəndaşlara qarşı terror aktlarını pisləyiblər.
Bu arada Yəmən Ənsarullah Hərəkatının komandanlarından biri Hüseyn əl-Husi Fars xəbər agentliyi ilə müsahibədə deyib: ABŞ və İsrailin Yəməndəki planı Yəmənin milli sərvətini qarət etmək üçündür. Bu planı Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri icra edir və bu yolda cinayət törətməkdən qorxmurlar.
Hüseyn əl-Husi bildirib: Yəmənin cənub və qərb vilayətlrində terror qruplaşmalarının genişmiqyaslı iştirakı bu ölkəni parçalamaq üçün plandır. Halbuki Yəmən xalqı ölkələrinin terrorçular tərəfindən parçalanmasına qarşıdır.
Qeyd edək ki, bir müddət öncə 200-dən çox amerikalı hərbçi əl-Qaidə terror qruplaşması ilə mübarizə bəhanəsi ilə Yəmənin cənubunda sahil əl-Məkla şəhərinə daxil olub.