İyun 02, 2016 16:26 Asia/Baku
  • Bəhreyn Birlik Cəmiyyəti baş katibinə həbs qərarı pislənilməkdədir
    Bəhreyn Birlik Cəmiyyəti baş katibinə həbs qərarı pislənilməkdədir

Bəhreynin İnsan Haqları Təşkilatları Milli Birlik İslam Cəmiyyətinin baş katibinin cəzasının ağırlaşdırılması barədə bu ölkənin apelyasiya məhkəməsinin qərarını pisləyiblər.

Əl-Aləm xəbər telekanalının məlumatına görə, Bəhreynin Hüquq və Demokratiya İnstitutu, Avropa Demokratiya və İnsan Haqları Mərkəzi, Bəhreyn İnsan Haqları Mərkəzi, Kanadada İnsan Haqları Gözətçisi və Ədalət Təşkilatı Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmana qarşı Apelyasiya məhkəməsinin qərarından nigaranlıq edərək bildiriblər ki, Ali-Xəlifə rejiminə qarşı olan qrupların rəhbər məsul şəxslərini hədəfə almaq Bəhreynin demokratikləşməsi üçün səyləri məğlubiyyətə uğradır.

Livan Hizbullahı da Şeyx Əli Salmana qarşı qərarı pisləyib və onu Bəhreyn rejiminin siyasi şəxsiyyətlərə qarşı zülmünün davam etməsi adlandırıb.

Ali-Xəlifə rejimi 2015-ci il iyun ayında Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanı hakim quruluşu dəyişmək üçün Bəhreyn xalqını təhrik etmək kimi əsassız ittihamla 4 il azadlıqdan məhkum etmişdi. Ötən bazar ertəsi günü Apelyasiya Məhkəməsi analoqu olmayan bir hərəkətdə həbsin müddətini 9 ilə artırıb.

Teqlər