Ərəbistanlılar Həcc mərasimində şiələri öldürməyi halal elan ediblərmiş
https://azeri.sahartv.ir/news/qərbi_asia-i220018-Ərəbistanlılar_həcc_mərasimində_şiələri_öldürməyi_halal_elan_ediblərmiş
İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Övhədi bu gün keçirdiyi mətbuat konfransında Həcc mərasiminin keçirilməsində Ərəbistanın yanlış və etikadan kənar rəftarına münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2016 15:48 Asia/Baku
  • Səid Övhədi
    Səid Övhədi

İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Övhədi bu gün keçirdiyi mətbuat konfransında Həcc mərasiminin keçirilməsində Ərəbistanın yanlış və etikadan kənar rəftarına münasibət bildirib.

Səid Övhədi bildirib ki, ərəbistanlılar şiələrin ölümünə göstəriş veriblərmiş: Siz icazə veribsiniz, bir yox, bəlkə bir neçə imam camaat və natiqləriniz bildiriblər ki, şiənin qanını tökmək halaldır, şiənin əmlakına təcavüz halaldır, hər kim təcavüz edərsə, behiştə gedəcək. Bu necə təfəkkürdür ki, siz səudiyyəlilərdə vardır?

"Xalq, dövlət, rəsmilər və zəvvarlar İranın Həcc və Ziyarət Təşkilatından istədilər ki, zəvvarların izzəti və kəramətinə zəmanət verilməyəcək heç bir müqaviləni imzalamasın. İmzalanmamalıdır və biz də imzalamadıq" -deyə Səid Övhədi əlavə edib.