Türkiyə hökumətinə müxalif kürd deputatların toxunulmazlığının ləğvinə etiraz olunub
İyun 06, 2016 13:08 Asia/Baku
-
Türkiyə hökumətinə müxalif kürd deputatların toxunulmazlığının ləğvinə etiraz olunub
Yüzlərlə İstanbul sakini Türkiyə parlamentində kürdlərin tərəfdarı olan bəzi deputatların toxunulmazlığının ləğv olunmasına etiraz edib.
İSNA-nın məlumatına görə, Türkiyə hökuməti təxminən 140 kürd deputatın toxunulmazlığını PKK ilə əlaqədə olmaq ittihamı ilə ləğv edib.
Kürdləri dəstəkləyən HDP-nin bir çox deputatının toxunulmazlığı ləğv olunmuşdur və rəsmi Ankara onların PKK ilə əlaqədə olması bəhanəsi ilə bu şəxsləri məsuliyyətə cəlb etmək niyyətindədir.
Toxunulmazlığın ləğv olunması layihəsi AKP tərəfindn parlamentə təqdim olunmuşdu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihədə kürdləri dəstəkləyən partiyanı PKK-ya kömək etməkdə suçlayıb və terrorizmlə əməkdaşlıq etmək ittihamı ilə onların mühakimə edilməsini istəyib.