İyun 09, 2016 08:49 Asia/Baku
  • Təl-Əviv dəhşət içində
    Təl-Əviv dəhşət içində

Təl-Əvivdə, sionist rejimin müharibə nazirliyi və ordu komandanlığı yaxınlığında çıxan silahlı insident nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Fələstinin Vəfa xəbər agentliyinin verdiyi məlumata görə, 2 fələstinlinin Təl-Əvivin mərkəzində şəhadətsevər əməliyyat törətməsinin ardınca sionist rejim hərbçiləri əl-Xəlilin yaxınlığında yerləşən Yəta qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Yəta qəsəbəsində bufer divarının çəkilməsi və qanunsuz qəsəbələrin genişləndirilməsi ilə mübarizə üzrə Fələstin Xalq Müqavimət Komitəsinin rəsmisi deyib: çərşənbə günü Təl-Əvivdə 4 sionistin ölməsi və doqquz nəfərin yaralanması ilə nəticələnən 2 şəhadətsevər əməliyyatın ardınca çoxlu sayda işğalçı qüvvə Yəta qəsəbəsinin ətrafında yerləşdirilib.

Bu fələstinli rəsmi əlavə edib: Sionist hərbçilər Yəta qəsəbəsinin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirərək, 120 000 nəfərlik əhalisi olan bu qəsəbənin girişlərini bağlayıblar.

Fələstinli rəsmi daha sonra deyib: İsrail hərbçiləri Yəta qəsəbəsini mühasirəyə alaraq, şəhərin şərq hissəsinə hücum ediblər. İsrail hərbçiləri Yəta qəsəbəsinə giriş və çıxış icazəsi vermirlər.

Teqlər