Türkiyədə polis idarəsinə terror hücumu nəticəsində üç nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i220591-türkiyədə_polis_idarəsinə_terror_hücumu_nəticəsində_üç_nəfər_həlak_olub
Türkiyənin Mardin vilayətinin Midyat rayonunda yerli polis idarəsinə terror hücumu zamanı 3 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2016 04:46 Asia/Baku
  • Türkiyədə polis idarəsinə terror hücumu
    Türkiyədə polis idarəsinə terror hücumu

Türkiyənin Mardin vilayətinin Midyat rayonunda yerli polis idarəsinə terror hücumu zamanı 3 nəfər həlak olub.

Batman vilayəti istiqamətindən gələn yük avtomobili sürətlə Midyat polis idarəsinin həyətinə daxil olmaq istəyib. Binanın çölündə keşik çəkən polislər bunun terror hücumu olduğunu anlayaraq atəş açıblar. Nəticədə yük avtomobili idarənin həyətinə girmədən partlayıb.

Avtomobildə təxminin 500 kq partlayıcı olduğu güman edilir.

Baş nazir Binəli Yıldırım terror hücumu zamanı 1 polis əməkdaşı və 2 mülki vətəndaşın həlak olduğunu bildirib. Yaralıların sayı 30-dan çoxdur.