İraq xarici işlər naziri general Süleymani barədə açıqlama verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i221113-İraq_xarici_işlər_naziri_general_süleymani_barədə_açıqlama_verib
İbrahim Cəfəri: Fəllucə müharibəsində hər bir ölkənin dəstəyini müsbət qarşılayırıq. Bu şərtlə ki, bu dəstək müdaxilə və İraqa təzyiq tətbiq etmək üçün səyə çevrilməsin. İbrahim Cəfəri Sepahın Qüds komandanı general Süleymani barəsində isə deyib: Biz onu müsbət qarşılayırıq, necə ki digər ölkələrin də hərbi məsləhətçilərini müsbət qarşılayırıq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2016 07:38 Asia/Baku
  • İbrahim Cəfəri
    İbrahim Cəfəri

İbrahim Cəfəri: Fəllucə müharibəsində hər bir ölkənin dəstəyini müsbət qarşılayırıq. Bu şərtlə ki, bu dəstək müdaxilə və İraqa təzyiq tətbiq etmək üçün səyə çevrilməsin. İbrahim Cəfəri Sepahın Qüds komandanı general Süleymani barəsində isə deyib: Biz onu müsbət qarşılayırıq, necə ki digər ölkələrin də hərbi məsləhətçilərini müsbət qarşılayırıq.

İraq xarici işlər naziri İbrahim Cəfəri əl-Məyadin telekanalına verdiyi müsahibədə İran və ABŞ-ın Fəllucə müharibəsindəki rolu barəsində suala cavabda deyib: İraq Xarici İşlər Nazirliyi 2014-cü ildə Təhlükəsizlik Nazirliyinə məktubunda bildirib ki, xarici müdaxilə ilə razılaşmaq bu şərtlə ola bilər ki, İraqın milli hakimiyyəti pozulması və İraqda xarici hərbi qüvvələrin bazası yaradılmasın. Bizə kömək etmək istəyən hər bir ölkəni müsbət qarşılayırıq ki, İraqda şərait yaxşılaşsın və İraqın milli hakimiyyətinə zərbə dəyməsin.

İbrahim Cəfəri bu məsələnin general Süleymani barəsində də keçərli olub-olmaması ilə bağlı suala cavabında deyib: Bu məsələ həm onun barəsində, həm də hamının barəsində keçərlidir. Bizim bu barədə ikili meyarlarımız yoxdur. O bu çərçivədə öz işini yerinə yetirir və biz onu alqışlayırıq. Necə ki, digər ölkələrin məsləhətçilərini də müsbət qarşılayırıq. Bizim hər bir məsləhətçinin İraqa gəlməsini qəbul etməyimiz bu mənadadır ki, onun hərbi biliyi və təcrübəsi vardır. Bu hərbi məsləhətçilərdən hər biri Amerikada Pentaqonda, ya da İranda Sepahda qala bilərdilər. Amma İraqa gəlməklə öz həyatlarını təhlükəyə atırlar və biz onları alqışlayırıq. Onlar öz fikirlərini bəyan edirlər və biz xoşməramlılıqla onların rəylərinə diqqət yetiririk.