Səudlar Yəməndə qadağan olunmuş silahlardan istifadə edirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i221251-səudlar_yəməndə_qadağan_olunmuş_silahlardan_istifadə_edirlər
Beynəlxalq Amnistiya Təşkilatı səudların Yəməndə kasset bombaları kimi qadağan olunmuş silahlardan istifadə etmələrini sənədləşdirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2016 06:51 Asia/Baku
  • Səudlar Yəməndə qadağan olunmuş silahlardan istifadə edirlər
    Səudlar Yəməndə qadağan olunmuş silahlardan istifadə edirlər

Beynəlxalq Amnistiya Təşkilatı səudların Yəməndə kasset bombaları kimi qadağan olunmuş silahlardan istifadə etmələrini sənədləşdirib.

Press TV-nin məlumatına görə, səudların Yəmənə qarşı vəhşicəsinə hücumlarının davamında Beynəlxalq Amnistiya Təşkilatı insan haqları sahəsində fəaliyyət göstərən təşkilatlardan səudların Yəməndə kasset bombaları kimi qadağan olunmuş silahlardan istifadə etmələri barədəki sənədləri toplayıb və bildirib ki, bir ingilis şirkət bu bombaları düzəldərək, Ərəbistana veribdir.

Bazar ertəsi günü Yəmənin Səədə vilayətində bir kasset bombası partlayıb; nəticədə bir mülki ölüb, bir uşaq da yaralanıbdır.

Bundan öncə ədalətsizlik, aclıq və yoxsulluğun kökünün kəsilməsi üzrə ən böyük beynəlxalq yardım qpupu- Aksfam-ın icra müdiri Mark Qoldrinq bildirmişdi ki, ingilis silahların Ərəbistana satılması və Ərriyad-ın hərbi cəhətdən dəstəklənməsi səudların Yəməndəki rəhmsizcəsinə savaşının şiddətlənməsinə bais olub.

Kasset bombalarından istifadə 2008-də qəbul olunmuş kasset sursatlar konvensiyasına əsasən, qadağandır.

Dünyanın 108 ölkəsi bu konvensiyanı imzalayıb.

Kasset bombaları çoxlu sayda kiçik bombadan təşkil olunubdur ki, yerə töküldükdən sonra onların bir neçəsi partlamır və sonradan mina kimi əməl edir.