Suriyanın şimalında çoxlu sayda terrorçu öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i221503-suriyanın_şimalında_çoxlu_sayda_terrorçu_öldürülüb
Suriya ordusu ölkənin şimalında keçirdiyi əməliyyatda çoxlu sayda terrorçunu məhv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2016 06:04 Asia/Baku
  • Suriyanın şimalında çoxlu sayda terrorçu öldürülüb
    Suriyanın şimalında çoxlu sayda terrorçu öldürülüb

Suriya ordusu ölkənin şimalında keçirdiyi əməliyyatda çoxlu sayda terrorçunu məhv edib.

Rusiya əl-Youm telekanalının məlumatına görə, çərşənbə günü Suriya ordusu Hələb şəhərinin cənub ətrafında əl-Nüsrə Cəbhəsi terrorçularına qarşı keçirdiyi əməliyyatda 70 terrorçunu öldürüb və onların hərbi təchizatını məhv edib.

Suriya ordusu həmçinin Hələbin cənubunda Zərbə şəhərciyində Ceyşül-Fəth və əl-Nüsrə Cəbhəsi teror qruplaşmalarının genişmiqyaslı hücumunun qarşısını alıb.

Eyni zamanda Suriya ordusu Homsun şərq ətrafında Tədmur-əl-Səxnə yolunun ətrafını və Siryatel yüksəkliklərini azad edib.

Əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının təxminən 100 terrorçusu Suriya və Türkiyə arasında sərhəd bölgəsinə gəlib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu terrorçular Laziqiyyə vilayətinin kəndləri, Dəməşq və Həmaya hücum edirlər.