İyun 20, 2016 12:46 Asia/Baku
  • Ali-Xəlifə rejiminin Bəhreyn xalqına qarşı repressiya siyasətləri davam edir
    Ali-Xəlifə rejiminin Bəhreyn xalqına qarşı repressiya siyasətləri davam edir

Bəhreyn parlamentinin keçmiş nümayəndəsi Ali-Xəlifə rejiminin Bəhreynin şiə vətəndaşlarına qarşı qanunsuz hərəkətlərinin davam etməsindən xəbər verib.

Press TV-nin məlumatına görə, Bəhreyn parlamentinin keçmiş nümayəndəsi Cəlal Firuz Ali-Xəlifə rejiminin Bəhreynin şiə vətəndaşlarına divan tutmaq üzrə səyinə toxunaraq, deyib: Ali-Xəlifə rejiminin kəskin məhdudiyyətlərin yaradılması sahəsində Bəhreynin şiə vətəndaşlarına qarşı qanunsuz hərəkətləri beynəlxalq qanunların pozulması deməkdir.

Bəhreyn parlamentinin keçmiş nümayəndəsi bildirib ki, bu ölkənin şiələri və xalqının əksər hissəsi demokratiya və insan haqlarına hörmət edilməsini istəyirlər. O, deyib: Ali-Xəlifə rejiminin Bəhreyn xalqının yatırılması və öz müxaliflərini işgəncə ilə təslim etmək üzrə səyi uğursuzluğa məhkumdur.

Ali-Xəlifə rejiminin təhlükəsizlik tədbirləri bir qrup Bəhreyn vətəndaşının Abdullah Qərifinin çıxışı ilə Manama şəhərinin mərkəzindəki İmam Sadiq(ə) küçəsində camaat namazının qılınmasına dair istəyinə reaksiyada həyata keçirilib.

Teqlər