İyun 20, 2016 15:47 Asia/Baku
  • İraqın xalq qüvvələri Fəllucənin şimalına giriblər
    İraqın xalq qüvvələri Fəllucənin şimalına giriblər

Geniş minaların mövcudluğu Fəllucə şəhərinin şimalında təmizləmə əməliyyatını yavaşıdıbdır və buna görə, İraqın xalq qüvvələrinin bir hissəsi Fəllucənin şimalına göndərilibdir.

Fəllucənin təmizlənməsi əməliyyatı ilə bağlı son xəbərlər belədir ki, iraqlı qüvvələrin şəhərin şimal məntəqələrinə doğru irəliləyişi tam ehtiyatla həyata keçirilir.

Ümumi meydanlarda və yaşayış massivlərində qoyulmuş yüzlərlə bomba və minanın olması əməliyyat sürətinin azalmasına səbəb olubdur.

Həmçinin şəhərin şimalındakı yaşayış massivlərində yüzlərlə vətəndaşın olması bu əməliyyatın davam etməsini təxirlə üzləşdiribdir.

Eyni zamanda iraqlı qüvvələr şəhərin şimal məntəqələrində terrorçuları geri oturdaraq, Əlzəbat və Əlmuhəndisin məntəqələrini azad edə biliblər.

Həmçinin Əlculan məntəqəsinin bir hissəsi də İŞİD terrorçularından təmizlənibdir.

Teqlər