Bəhreyn şiələrinin rəhbərinin vətəndaşlığı ləğv edilib
-
Bəhreyn şiələrinin rəhbərinin vətəndaşlığı ləğv edilib
Ali-Xəlifə rejimi müxalifətə qarşı repressiya siyasətinin davamında Bəhreynin məşhur alimi şeyx İsa Qasımın vətəndaşlığını ləğv edib
Frans Press-in Dubaydan verdiyi məlumata görə, Bəhreyn rəsmiləri bu gün bu xəbəri yayıblar.
Bəhreyn Daxili İşlər Nazirliyi bu gün bildirib ki, tanınmış ruhanınin vətəndaşlığı firqəçiliyə çağırmaq ittihamı ilə ləğv edilib.
Bəhreyn DİN-in bəyanatında Bəhreyn şiələrinin mənəvi rəhbəri Şeyx İsa Qasımin dini toplantılardan əcnəbilərin mənafelərinin təmini, firqəçilik və zorakılığa çağırış üçün istifadə etdiyi iddia olunur.
Əl-Məyadin televiziya kanalı isə bildirib ki, Ali-Xəlifə rejiminin şiələrin mənəvi rəhbərinin vətəndaşlıq hüququnu ləğv etməsi qərarına qarşı Bəhreynin Əddiraz bölgəsində etiraz yürüşü keçirilib