Fəllucənin 90 faizi İraq ordusunun nəzarətindədir
-
Fəllucənin 90 faizi İraq ordusunun nəzarətindədir
Fəllucənin əməliyyat komandiri bildirib ki, İraqın Ələnbar vilayətindəki Fəllucə şəhərinin 85-90 faizi bu ölkə ordusunun nəzarətindədir.
Suməriyyə Nyus-un məlumatına görə, Fəllucənin əməliyyat komandiri Əbdulvəhhab Əlsaidi bildrib ki, İraqın təhlükəsizlik qüvvələri Fəllucənin 90 faizini İŞİD-in nəzarətindən çıxara biliblər.
Fəllucənin əməliyyat komandiri sonra bildirib ki, ən mühümü, Fəllucənin Əlculan şimal məhəlləsi olan təkcə bir neçə məntəqə yerdə qalıb və bu şəhərin azad edilməsindən sonra təkmilləşəcəkdir.
Digər tərəfdən, İraqın müştərək əməliyyat komandanlığının sözçüsü Yəhya Rəsul bidirib ki, iraqlı qüvvələr Fəllucənin şimalındakı kənd və məntəqələri azad etməyə müvəffəq olublar. Bu əməliyyatda onlarla İŞİD-çi öldürülüb.
Rəsul vurğulayıb ki, qarşıdakı günlərdə Fəllucənin terrorçulardan tam təmizlənməsinin şahidi olacağıq.
Digər tərəfdən, iraqlı qüvvələr Səlahəddinin şimalındakı "Muhəmməd Musa" kəndini tam şəkildə azad edib və bu kəndi İŞİD tərəfindən qoyulmuş partlayıcı maddələr və bombalardan təmizləyiblər.
Fəllucənin azad edilməsi əməliyyatı mayın 23-dən başlanıbdır ki, iraqlı rəsmilər iraqlı qüvvələrin Bağdad küçələrinə çatmaları ilə şəhərin mərkəzində rəsmən bu şəhərin azad edildiyini bildiriblər. Amma hələ Fəllucənin şimal hissələrində bir neçə məntəqə İŞİD-çilərin nəzarətindədir.