Ali-Səud rejiminin Yəmənə qarşı hücumları davam edir
-
Ali-Səud rejiminin Yəmənə qarşı hücumları davam edir
Küveytdə Yəmən sülh müzakirələrinin davam etdiyi bir şəraitdə Ali-Səud rejimi və onun yəmənli muzdlularının ölkənin müxtəlif bölgələrinə qarşı hücumları davam edir.
Yəmənin rəsmi informasiya agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Şənanın cənub şərq ərazilərinə qarşı dünənki hücumunda ən azı 5 nəfər həlak olub.
Səudiyyəlilər tərəfindən atəşkəsin pozulmasına cavab olaraq Yəmən ordusu və xalq qüvvələri dünən ölkəin şimalında Əcəut vilayətinin Əl-Həzm şəhəri eləcə də Məarib vilayətinin 3-cü rayonunda Səudiyyə Ərəbistanı və onun muzdlularının mövqelərini raketlə hədəfə alıb. Əməliyyat nəticəsində bir neçə təcavüzkar səudiyyəli ölüb və onlara ağır zərər dəyib.
Yəmənin cənubunda LƏhəc vilayətinin icra başçısı Əhməd Həmud Cərib isə deyib: Səudiyyə Ərəbistanının hücumlarının artması və yəmənli mülkinin qırğın edilməsinə baxmayaraq BMT tərəfindən hansısa ciddi təşəbbüsün şahidi deyilik.
O beynəlxalq təşkilatlar və insan haqlarını müdafiə qurumlarının Səudiyyə Ərəbistanının Yəmənə qarşı törətdiyi cinayətlərə baxacağına və bu cinayətlərə mane olacağına ümidvarlığını dilə gətirib.
Yəmənin insan haqları mərkəzinin məlumatına görə, son bir il ərzində Ərəbistanın Yəmənə qarşı hücumlarında 9366 nəfər ölüb 17663 nəfər də yaralanıb.