Suriya ordusu böyük savaşa hazırlaşır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i224017-suriya_ordusu_böyük_savaşa_hazırlaşır
Suriya ordusu Hələb əyalətinin şimal-qərbində yerləşən Lirmun məntəqəsinə doğru irəliləməyə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2016 09:18 Asia/Baku
  • Suriya ordusu böyük savaşa hazırlaşır
    Suriya ordusu böyük savaşa hazırlaşır

Suriya ordusu Hələb əyalətinin şimal-qərbində yerləşən Lirmun məntəqəsinə doğru irəliləməyə başlayıb.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Suriya ordusu bir neçə mərhələdə Məlah əkin sahələrinə nəzarəti ələ keçirməyi bacarıb. Beləliklə Suriya ordusu Hələb şəhərinin "Kastlu" şose yolunun 1 kilometrliyinə qədər yaxınlaşmağı bacarıb. Ənnüsrə Cəbhəsinin Suriya ordusunun irəliləməsinə mane olmaq üzrə cəhdləri isə uğursuz alınıb. Suriya ordusu hazırda Məlah əkin sahələrinin şimal və cənub hissələrinə nəzarəti tam olaraq ələ keçirib.

Lirmun və Bəni Zeyd məntəqələrində isə toqquşmalar davam edir.

Suriya ordusu həmçinin Həndərat düşərgəsi ətrafında əməliyyatını davam etdirir. Suriya ordusu gözlənilməz bir hərəkətdə Lirmun zavodlarına doğru hərəkətə keçib və Lirmun sənaye şəhərində bir neçə zavod binasına nəzarəti ələ keçirib. Belə nəzərə gəlir ki, bütün bu hərəkətlər Hələb uğrunda böyük savaşa hazırlıq məqsədi daşıyır.