Suriyanın Həsəkə vilayətində terraktlar; onlarla ölü və yaralı
-
Suriyanın Həsəkə vilayətində terraktlar; onlarla ölü və yaralı
Suriyanın şimal-şərqində terror aktında 60 nəfər həlak olub və yaralanıb.
Suriyanın şimal-şərqində Həsəkə vilayətində çərşənbə axşamı gecə baş verən terror aktında 16 nəfər həlak olub, 50 nəfər də yaralanıb.
İŞİD terror qruplaşması bu aktın məsuliyyətini üzərinə götürüb.
Yerli mənbələri bildirdiyinə görə, motosikletçi kamikadze alış-veriş üçün şəhərə çıxmış vətəndaşlar arasında üzərindəki qurğunu işə salıb.
Həsəkə Suriyanın kürdsakinli vilayətlərindən biridir.
Suriyanın bəzi vilayətləri təxminən 5 ildir, terror qruplaşmalarının fəaliyyətinə görə de-stabil vəziyyətdədir.
Suriyadan əldə olunan digər bilr məlumata görə, Suriyanın müxtəlif şəhərlərində səadətli Fitr Bayramı namazı qılınıb.
Suriya prezidenti Bəşşar Əsəd ötən illərin əksinə olaraq bayram namazını Homs vilayətinin əl-Səfa məscidində qılıb.