İyul 07, 2016 19:01 Asia/Baku
  • İraqda Ali-Səuda qarşı aksiya keçirilib
    İraqda Ali-Səuda qarşı aksiya keçirilib

İraq xalqı Səudiyyə Ərəbistanının İraqın daxili işlərinə müdaxiləsinə qarşı etiraz aksiyası keçirib.

İRİB-nin verdiyi məlumata görə, İraq vətəndaşları bu gün paytaxt Bağdadda aksiya keçirərək Səudiyyə Ərəbistanının müdaxilələrinə etiraz ediblər.

Aksiyaçılar şuarlar səsləndirərək Ərəbistanın Bağdaddakı səfirliyini Əl-Kəradə məhəlləsindəki son partlayışda əli olmaqda ittihamlandırıblar.

İraqlı aksiyaçılar İraq dövləti və hərbi qüvvələrinə terrorçularla mübarizədə dəstək olduqlarını vurğulayaraq bildiriblər ki, əsas mübarizə bəzi ərəb və qərb dövlətlərinin himayəsi altında olan bəzi yanlış və uydurma düşüncələrə qarşı aparılmalıdır.

Bazar günü səhər çağı Bağdadın mərkəzində Əl-Kəradə məhəlləsində baş verən iki terror aktı nəticəsində 290 mülki həlak oldu və çoxlu sayda insan yaralandı.

Son aylar ərzində İraq ordusu və xalq qüvvələri ölkənin bir neçə şəhərini o cümlədən Əl-Ənbar vilayətinin mərkəzi olan Ərrəmadi şəhərini, eləcə də Səlahəddin vilayətinin mərkəzi Tikrit şəhərini terrorçu İŞİD qüvvələrinin nəzarətindən çıxarmağa müvəffəq oldu.

 

Teqlər