Rusiya Suriyada İŞİD-ə ağır zərbələrin endirildiyini bildirib
İyul 13, 2016 12:34 Asia/Baku
-
Rusiya Suriyada İŞİD-ə ağır zərbələrin endirildiyini bildirib
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Suriyada İŞİD terror qruplaşmasına ağır zərbələr endirib.
Press TV-nin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bildirib: Tarixi Palmira şəhəri yaxınlığında İŞİD-in mövqelərinə qarşı hava hücumlarında bu terror qruplaşmasına ağır zərbələr endirilib və çoxlu sayda terrorçu öldürülüb.
Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib: İraqda, hərbi hava hücumunda İŞİD qruplaşmasının 3 silah anbarı və onlarla avtomobili məhv edilib.