Səudiyyə muzdlularının hücumu dəf edilib
İyul 13, 2016 14:53 Asia/Baku
-
Səudiyyə muzdlularının hücumu dəf edilib
Yəmən ordusu və xalq qüvvələri ölkənin cənub qərbində səudiyyə muzdlularının hücumunu zərərsizləşdiriblər.
Əl-Məsirə televiziyasının məlumatına görə, Yəmən ordusu və xalq qüvvələri ölkənin cənub qərbində Təəz vilayətinin Səbrül-Məvadəm bölgəsində muzdluların irəliləyişi cəhdini nakam qoyublar.
Bu əməliyyatda bir neçə muzdlu öldürülüb və yaralanıb, bir neçə hərbi texnikaları isə məhv edilib.
Eyni zamanda Yəmən ordusu və xalq qüvvələri ölkənin cənubunda Ləhəc vilayətinin Kərş bölgəsində yəmənli muzdluların toplaşdıqları ərazini hədəfə alıblar, müzdlular ağır tələfat və ziyana məruz qalıblar.
Səudiyyə Ərəbistanının hərbi təyyarələri də Yəmənin bir neçə vilayətində atəşkəs rejimini pozmaqda davam ediblər.
Teqlər