İyul 14, 2016 12:38 Asia/Baku
  • Ömər Şişani
    Ömər Şişani

Təkfirçi-sionist İŞİD qrupu bu qaragüruhun amerikanların nəzarəti altında təlim görmüş Səlahəddin vilayətindəki baş hərbi komandanı Ömər Şişaninin öldürüldüyünü təsdiq edib.

Əlminar telekanalı bir reportajda bu xəbəri verərək, əlavə edib: Bu, indiyədək İŞİD-ə vurulmuş ən ağır zərbə olub. Bu qrupun hərbi komandanı, yəni Əbu Ömər Çeçeni İraqın Səlahəddin vilayətindəki Şərqat şəhərində və iraqlı döyüşçülərlə döyüşdə öldürülüb. İŞİD Əbu Ömər Çeçeninin öldürüldüyünü təsdiqləyərək, bildirib ki, o, iraqlı qüvvələr və xalq könüllü qüvvələrin Mosula hücumu ilə mübarizə hədəfilə İraqa daxil olubmuş.

Onun əsl adı, Tərxan Batraşvilidir. 1968-ci ildə Gürcüstanda anadan olub. Atası xristian, anası isə müsəlmandır. Onun elmi fəaliyyətləri haqda məlumat yoxdur, amma 2006 və 2007-ci illərdə Gürcüstan ordusuna icbari xidmətə göndərilib. Abxaziyada Rusiya-Gürcüstan müharibəsində iştirak edib. O, amerikan zabitlərin nəzarəti altında təlim keçib və Abxaziya müharibəsindən sonra birinci dərəcəli serjant dərəcəsi alıb. Bir müddət Gürcüstan xüsusi təyinatlı qüvvələrində olub. Atasının dediyinə görə, İŞİD-ə qoşulanadək onun din barədə o qədər də tanışlığı yox idi. 2012-ci ildə Suriyaya daxil oldu və xarici vətəndaşlardan təşkil olunmuş mühacirlər dəstəsi adlı qrupa komandir təyin olunur. O, bir müddət sonra dərəcəsinin artırılması ilə Suriyanın şimalında silahlı qrupların komandanlığını əlinə alır və Hələb şəhərini özünün əsas bazasına çevirir. Əbu Ömər Çeçenini İŞİD-in öldürülmüş başçısı Əbubəkr Əlbəğdadinin yaxınlarından bilirlər. Əbubəkr Əlbəğdadinin yaxınları deyirlər ki, Əlbəğdadinin Əbu Ömər Çeçeninə son dərəcə inamı var idi.

Teqlər