Regional və beynəlxalq qüdrətlər Suriyada terrorçuları dəstəkləyir
Suriya prezidenti deyib: Bəzi regional və beynəlxalq qüdrətlər Suriyada müharibənin uzanması üçün terrorçuları dəstəkləyirlər.
İRNA-nın məlumatına görə, Suriya prezidenti Bəşşar Əsəd cümə axşamı günü Amerikanın NBC telekanalı ilə müsahibədə bəzi regional və beynəlxalq qüdrətlərin terrorçuları dəstəkləməsinə toxunaraq deyib: Türkiyə Səudiyyə Ərəbistanının pulları ilə terrorçuları xidmətə götürür, onları Suriyaya ezam edir və regional və beynəlxalq qüdrətlər də onları dəstəkləyirlər. Çünki onların məqsədi müharibənin uzanmasıdır.
Suriya prezidenti eyni zamanda arxayınlıq edib ki, ölkəsi terrorçularla müharibəni gələn aylarda sona çatdıracaq. Çünki Suriya ordusunun çoxlu irəliləyişi vardır və terrorçuların məğlubiyyəti bir neçə aydan uzun çəkməyəcək.
Bəşşar Əsəd həmçinin Amerika siyasətçilərinin təcrübəli olmamasını tənqid edib və deyib: Amerika İŞİD-lə savaşda ciddi deyil və bu məsələ ABŞ və Avropa ölkələri üçün təhlükəlidir.
Suriya prezidentinin sözlərinə görə, bəzi qərb ölkələrinin təsdiqi ilə Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının terrorçulara dəstəyi dayanarsa, terrorçuları məğlub etmək bir neçə aydan uzun çəkməyəcək.