İyul 28, 2016 09:22 Asia/Baku
  • Suriya, terror partlayışlarının hədəfini Cenevrə müzakirələrinin məğlbiyyəti adlandırıb
    Suriya, terror partlayışlarının hədəfini Cenevrə müzakirələrinin məğlbiyyəti adlandırıb

Suriya Xarici İşlər Nazirliyi bu ölkədəki terror partlayışlarının hədəfini Suriya böhranının həlli üzrə Cenevrə sülh müzakirələrinin yeni dövrünü uğursuz qoymaq üzrə səy adlandırıb.

Əlyəum Əlsabə xəbər portalının məlumatına görə, Suriya Xarici İşlər Nazirliyi dünən gecə bir bəyanat yayaraq, son iki gündə bu ölkənin paytaxtı Dəməşqdə, eləcə də Suriyanın şimal-şərqindəki Həsəkə vilayətində yerləşən Qamışlı şəhərində törədilən terror partlayışlarının hədəfini müzakirələrə zidd adlandırıb və bildirib ki, Suriya böhranının həll yolu, suriyalı-suriyalı müzakirələrdir.

Suriya Xarici İşlər Nazirliyi öz bəyanatında BMT Təhlükəsizlik Şurasına üzv bəzi ölkələrin terrorizmi maliyyə cəhətdən təmin və himayə edən təşkilat və ölkələrin cəzalandırılmaları və önləyici tədbirlərin görülməsini əngəlləmək üzrə səylərini pisləyib.

Suriya Xarici İşlər Nazirliyi terrorizmi dəstəkləyən ölkələrin cəzalandırılmalarını istəyib.

Çərşənbə günü səhər tezdən Suriyanın Qamışlı şəhərində iki partlayış nəticəsində təqtibən 50 nəfər ölüb, 170 nəfər də yaralanıbdır.

Qərar üzrə 2016-cı ilin avqust ayının sonunadək Cenevrədə Suriya böhranının həlli üzrə Rusiya-Amerika-BMT üçtərəfli iclası keçirilməlidir.

Suriya dövləti ilə onun müxalifləri arasında çox qabaqlar başlanmış müzakirərələr dəfələrlə Ərəbistanın tabeliyində olan müxalif heyətin maneçilik törətmələrilə uğursuz qalıbdır.

Teqlər