Suriya qələbə ərəfəsində
https://azeri.sahartv.ir/news/qərbi_asia-i227362-suriya_qələbə_ərəfəsində
Suriyanın xarici işlər naziri vurğulayıb ki, bu ölkə region və dünyada öz mühüm rolunu geri almaq və qələbə çalmaq darvazası önündə durub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2016 06:44 Asia/Baku
  • Suriya qələbə ərəfəsində
    Suriya qələbə ərəfəsində

Suriyanın xarici işlər naziri vurğulayıb ki, bu ölkə region və dünyada öz mühüm rolunu geri almaq və qələbə çalmaq darvazası önündə durub.

SANA xəbər agentliyinin məlumatına görə, Suriyanın xarici işlər naziri Vəlid Muəllim bu ölkənin parlamentində ərəb və xarici işlər komitəsilə görüşdə son regional və beynəlxalq hadisələr və suriyalıların son irəliləyişləri barədə tam bir hesabat təqdim edərək, bildirib ki, Suriya region və dünyada öz mühüm roluna qayıdanadək terrorizm əleyhinə müharibəsini davam etdirəcək.

Vəlid Muəllim Ərəbistan və Qətər daxil olmaqla bəzi region ölkələrinin və beynəlxalq qüdrətlərin terrorçuluğu dəstəkləmələrindən təəssüf ifadə edərək, söyləyib: Bu qruplar və ölkələr Suriyadakı qırğın və qan axıdılmasında məsuliyyət daşıyırlar.

Yaxın gələcəkdə Suriya ordusu üçün böyük qələbə və müxbirlərin döyüşləri yaxından işıqlandırmaq üçün iştiraka dəvət olunmaları ötən sutka ərzində ən mühüm Suriya hadisələrindəndir.