İyul 31, 2016 11:06 Asia/Baku
  • Rəcəb Tayyib Ərdoğan
    Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Haber Türk telekanalı ilə müsahibədə deyib: Gülən bir oyundur və böyük qüdrətlər Türkiyədəki uğursuz çevrilişin arxasında durublar.

Röyters Xəbər Agentliyi Yasmin Dimkinin qələmə aldığı məqalədə bildirib: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü deyib: Ankaranın uğursuz çevrilişdə ittiham etdiyi Fətulla Gülən bir oyuncaqdır və onu dəstəkləyən əsas planlaşdırıcı vardır. 

Türkiyə prezidenti öz çıxışılarında əsas planlaşdırıcıya işarə edir. Müəyyən qədər təsəvvür olunur ki, onun məqsədi ümumilikdə qərb, xüsusən isə Amerikadır.

İllərdir Amerikada yaşayan Gülən 15 iyul uğursuz çevrilişində əlinin olmasını rədd edir. 

Türkiyədə uğursuz çevriliş zamanından bu ölkə tərəfindən çoxlu  fikirlər səsləndirilmişdir və bunlardan biri isə Amerika Mərkəzi Kəşfiyyat İdarəsi bu çevrilişi maliyyə cəhətindən təmin edib və təqaüdə çıxmış bir amerikalı general da onu yönləndirib. 

Türkiyə hökumətinin tərəfdarı olan Yeni Şəfəq qəzeti əsas səhifəsində Amerika ordusunun təqaüdə çıxmış generalı Con Kamplın şəklini dərc edərək altında yazıb ki, çevrilşi bu kişi idarə edib. 

General Kampl Şimali Atlantik Alyansı NATO-nun Əfqanıstandakı qüvvələrinə başçılıq edən sabiq komandandır. 

Bu qəzet yazıb: MKİ United Bank For Africa bankı tərəfindən bu uğursuz çevrilişin xərcini təmin edib və ötən çərşənbə axşamı günü Dubayda həbs olunan Türkiyənin Əfqanıstandakı iki generalı Kampl fitənkarları şəbəkəsinin bir parçası olub. 

Nigeriyada yerləşən United Bank For Africa bankı Türkiyədəki uğursuz çevrilişdə əlinin olmasını təkzib edib və bildirib ki, belə ittihamlar tamamilə yalandır. 

Kampl da Wall Street Journal qəzetinə müsahibəsində deyib: Bu ittihamlar doğrudan da gülüncdür. 

Vaşinqton da Amerikanın Türkiyədə uğursuz çevrilişdə müdaxiləsinin olması barədə irəli sürülən iddiaları rədd edib və belə iddiaları puç və mənasız adlandırıb. Amerika həmçinin Türkiyədə uğursuz çevriliş başlanmazdan öncə məlumatlı olmasını da təkzib edib. 

Ərdoğan Haber Türk-ə müsahibəsində həmçinin deyib: Orduda əsaslı dəyişiklik silahlı qüvvələrimizin güclənməsinə səbəb olacaq. Bundan sonra ordu komandanları müdafiə nazirinə cavab verəcək və məlumatları onun ixtiyarında olacaqdır. 

O həmçinin Türkiyənin cənub-şərqində PKK ünsürlərinə qaşrı savaşda istifadə olunan jandarma təhlükəsizlik qüvvələrinin sayını azaltmaq niyyətində olduğunu deyib. Amma onlar daha yaxşı və təsirli silahlara təchiz olunacaqdır. 

Ərdoğan vəd edib ki, kürd üsyançılarına qarşı savaş davam edəcək. 

Teqlər