İyul 31, 2016 12:51 Asia/Baku
  • Türkiyə xalqı və hökumətinin Amerikaya baxışı dəyişib
    Türkiyə xalqı və hökumətinin Amerikaya baxışı dəyişib

Əl-Məyadin telekanalı bildirib: Türkiyə hökumətinin uğursuz çevrilişdən sonrakı addımları Ankaranın qərblə əlaqələrinin gərginləşməsi və Türkiyə vətəndaşlarının Amerikaya baxışının dəyişilməsinə səbəb olub.

Əl-Məyadin telekanalının İstanbuldakı müxbiri Mahmud Vasiq deyib: Türkiyə çevrilişçilər adlandırdığı şəxslərə qarşı addımlarını gücləndirib. Amma bu məsələ Ankaranın xarici əlaqələrinin gərginləşməsinə səbəb olub. Qərb rəsmiləri, o cümlədən amerikalılar Türkiyədə hərbçilər və qeyri-hərbçilərin kütləvi həbsinin davam etməsindən nigaranlıq edir, üstəlik onu qərblə Ankara arasında təhlükəsizlik əməkdaşlıqları, o cümlədən terrorizmlə mübarizə sahəsindəki əməkdaşlıqlarına zərər vuran amil hesab edirlər. 

Qərb rəsmilərinin sözlərinə görə, qərblilərlə əməkdaşlıq edən Türkiyə rəsmilərinin bir çoxu həbs olunub. Bu məsələ İŞİD-lə mübarizəni daha da çətinləşdirir.

Bu məlumatına davamında bildirilir: Türkiyədə hökumət və xalqın uğursuz çevrilişdən sonra Amerikaya baxışı dəyişilməkdədir. Türkiyəlilər arxayınlıqla deyirlər ki, bu çevriliş ölkə sərhədlərindən kənarda planlaşdırılıb və Amerikanın rəhbərliyi ilə idarə olunan Türkiyənin cənubundakı İncirlik bazası çevrilişçilərin qırıcı təyyarələrinə yanacaq verib.

Bu telekanalı müxbiri xatırladıb: Türkiyə ordusu və təhlükəsizlik xidmətləri öz tarixində misli görünməmiş "təmizləmə"nin şahididir. Minlərlə hərbçi, yüzlərlə general və zabit dəmir barmaqlıqlar arxasına düşüb, ya da vəzifəsindən kənarlaşdırılıb. Onların hamısı Hizmət Hərəkatında üzvlük və ya uğursuz çevrilişdə ittiham olunurlar. Ərdoğan hökumətinə sadiq qalması üçün onlarla yeni general təyin olunub.

Teqlər