Livanda İran səfirliyinə hücum edən şəxs həbs edildi
-
Livanda İran səfirliyinə hücum edən şəxs həbs edildi
İran İslam Respublikasının Livandakı səfirliyinə qarşı bomba quraşdırılmış avtomobildən istifadə edərək, terror hücumu həyata keçirən şəxs həbs edilib.
İRNA-nın məlumatına görə, Əbu Təyyib adı ilə tanınan Əhməd Fazil adlı şəxs Livanın təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra, Ənnüsrə Cəbhəsi adlı terror təşkilatı ilə əməkdaşlığa malik olduğunu və Livanda törədilən bir çox terror aktına rəhbərlik etdiyini etiraf edib.
Bundan öncə Abdullah İzam adlı terror dəstəsinin ərəbistanlı başçısı Macid əl-Macidin Livanın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilməsi və qısa müddət sonra şübhəli şəkildə ölməsi barədə məlumatlar yayılmışdı. Macid əl-Macid 2013-cü ildə İran səfirliyinə edilən terror hücumunu planlaşdıran şəxs idi.
19 noyabr 2013-cü il tarixində Livanda İran səfirliyi önündə törədilən partlayışlarda 25 nəfər həlak olmuş, 150 nəfər isə yaralanmışdı.