Suriya ordusu terrorizmin öhdəsindən gəlməyə qadirdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i227740-suriya_ordusu_terrorizmin_öhdəsindən_gəlməyə_qadirdir
Suriya prezidenti bu ölkə ordusunun terrorizmi məhv edə biləcəyindən əmin olduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2016 06:13 Asia/Baku
  • Bəşşar Əsəd
    Bəşşar Əsəd

Suriya prezidenti bu ölkə ordusunun terrorizmi məhv edə biləcəyindən əmin olduğunu deyib.

Bəşşar Əsəd Suriyada ordu günü münasibəti ilə verdiyi bəyanatda ordunun terrorizm ilə mübarizə meydanında əldə etdiyi uğurlara işarə edərək, deyib: Suriya ordusu terrorizm ilə mübarizədə öz gücü və bacarığını sübut etmiş olub. 

B.Əsəd Suriyanın həlledici bir dövrü təcrübə etdiyini deyərək, xalqı və ordunu dözümlü olmağa və çətinliklər qarşısında mübarizəyə dəvət edib. 

Suriya prezidenti həmçinin, ordunun artıq 6 ildir ki, davam edən böhranla üzləşməkdə göstərdiyi fədakarlıqları və qəhrəmanlıqları yüksək qiymətləndirib və deyib: Suriya silahlı qüvvələri terrorçular ilə mübarizə meydanında hegemonçu qüdrətlərin Suriya ilə bağlı bütün planlarını alt-üst etmiş olub.