Avq 03, 2016 11:06 Asia/Baku
  • Rəcəb Tayyıp Ərdoğan
    Rəcəb Tayyıp Ərdoğan

Türkiyə prezidenti İtaliyanın Ray Nyus-24 dövlət xəbər kanalı ilə eksklüziv müsahibədə İtaliyada çirkli pulların yuyulmasında ittiham olunan oğlunun məhkəmə işinə toxunub və deyib ki, İtaliya mənim oğlum üçün məhkəmə işi açmaq yerinə, mafiya ilə mübarizə aparsın.

İtaliyanın Ray Nyus-24 dövlət xəbər kanalının aparıcısı Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan ilə eksklüziv müsahibədə ondan soruşub: Siz dediniz ki, Avropadan daha artıq yaxınlıq gözlənilirdi. Halbuki Avropa bir səslə Türkiyədəki çevrilişi pislədi və elə bir gün yoxdur ki, onda Avropa Birliyi və hətta Türkiyədə fovqəladə şəraitin mövcud olmasına rəğmən, bu ölkədən vətəndaşların hüquqlarına hörmət edilməsinə sadiq qalınmasını istəməsin. Avropadan nə gözləyirsiniz və bu nigarançılıqlar üçün hansı cavabı gözləyirsiniz? İtaliyanın xarici işlər naziri Paulo Centiloni kimi kəslərə işarə edirəm ki, Türkiyənin reaksiyalarının təhlükəli olmasından qorxur. Ərdoğan bu sualın cavabında və Fəthullah Gülənə və onun təşkilatına toxunaraq deyib: Cari həftədə və ya qarşıdakı həfətədə Avropa Komissiyasının sədri ilə görüşəcəyəm. Ona izah edəcəyəm ki, Fəthullah Gülənin təşkilatı mafiya təşkilatından daha pisdir. Xanım Moqerini meydandan kənar söhbət etməməlidir. Moqerini hər şeydən öncə Türkiyəyə gəlməli idi. Parisdə Türkiyədəki olaylara bənzər hadisələr baş verərkən və beş-altı nəfər öldürülərkən hamı oraya axışır. Soruşurlar: Nə baş verib və onun amili kim olubdur? Türkiyədə demokratiyaya qarşı çevriliş baş verməkdədir. 238 şəhidi olmuş bir çevriliş. Təəssüflə, indiyədək də baxış keçirmək üçün Türkiyəyə gəlməyiblər. Nə Avropa Birliyindən, nə də ki, Avropa Şurasından.

Türkiyə prezidenti sonra deyib: Mən sizdən soruşuram: Əgər İtaliyanın nümayəndələr məclisi bombalanarsa, nə baş verər: İtaliyalı olan Moqerini nə cür reaksiya göstərəcək? Deyəcək ki, yaxşı iş görüblər ki, oranı bombalayıblar? Görən, ondan sonrakı mühakimələrdən nigaran olacaqmı? 

Telekanalın aparıcısı "Mən Moqerininin yerinə cavab verə bilmərəm" deyərək, soruşub: Amma burada xalqın ümumi fikri və İtaliya xalqının ümumi fikrinin yanında bu sual irəli sürülür ki, Türkiyədə baş verməkdə olan hadisələr ilə bağlı görən, bir qəzetdə jurnalist və bir universitetdə müəllim olmaq aqilanə bir işdir, yoxsa sonda onların taleyi zindanla bitəcək? 

Ərdoğan bunun cavabında deyib: İndi sizə maraqlı bir misal çəkəcəyəm. Əgər hazırkı şəraitdə mənim övladım İtaliyaya geri dönərsə, həbs oluna bilər. Zira italiyalı məhkəmə hakimləri ona qarşı məhkəmə işi qaldırıblar. Nə üçün? Buna cavab yoxdur. Onlardan soruşanda ki, "nə üçün?" sizə cavab vermirlər. Mənim oğlum doktoranturanı başa vurmaq üçün İtaliyanın Boloniya şhərinə geri dönməlidir. Bu şəhərdə məni diktator adlandırırlar və PKK barədə iclaslar təşkil edirlər. Nə üçün işə qarışmırlar? Görən, bu, insan haqları şəraitidir?  Bu məsələ bizim İtaliya ilə əlaqələrimizi problemlə üzləşdirə bilər. Mənim oğlum tanınmış bir insandır və çirkli pulların yuyulmasında ittiham olunur. Yaxşı olardı ki, İtaliyada mənim oğlumla deyil, mafiya ilə məşğul olsunlar.

Teqlər