İraqın şimalında bəzi digər ərazilər terrorçulardan təmizlənib
-
İraqın şimalında başqa bəzi ərazilər terrorçulardan tmizlənib
İraq qüvvələri ölkənin şimalında başqa bir bölgəni terrorçuların nəzarətindən azad ediblər.
Livanın Əl-Məyadin televiziyasının verdiyi məlumata görə, İraq qüvvələri bu gün ölkənin şimalında Mosul-Əl-Həzr şose yolunu terrorçulardan tamamilə təmizləyərək, nəzarəti Neynəva polisinə tapşırıblar.
Başqa bir məlumata görə, BMT-nin didərginlər üzrə ali komissarı bildirib ki, Fəllucə və ətraf ərazilərdə terrorçuların əlindən qaçan didərginlərin sayı 90 min nəfərə çatıb.
İraq mənbələri də Amerika və terrorçuların işğalçılığı nəticəsində didərgin düşən ailələr və yetim qalan uşaqların sayının artmasından xəbər verib.
İraqın proqramlaşdırma nazirliyinin sözçüsü Əbdül-Zöhrə Əl-Hənavi deyib: Terrorçu hücumlar və hərc-mərcliklər nəticəsində yetim uşaqlar və dul qadınların sayı 1 milyon 400 min nəfərə çatıb .
İraqın itkin düşmüş yezidilər bürosunun başçısı deyib: 3 min 770 yezidi terrorçu İŞİD qrupunun əlində əsirdir.