Səudiyyə Ərəbistanının cinayətləri nəticəsində yüzlərlə suriyalı uşaq həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i228001-səudiyyə_Ərəbistanının_cinayətləri_nəticəsində_yüzlərlə_suriyalı_uşaq_həlak_olub
Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi deyib: Səudiyyə Ərəbistanının cinayətləri yüzlərlə suriyalı uşağın həlak olması ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2016 12:34 Asia/Baku
  • Bəşar Cəfəri
    Bəşar Cəfəri

Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi deyib: Səudiyyə Ərəbistanının cinayətləri yüzlərlə suriyalı uşağın həlak olması ilə nəticələnib.

Suriyanın SANA İnformasiya Agentliyinin verdiyi məlumata görə, Suriyanın BMT-dəki nümayəndəsi Bəşşar Cəfəri dünən Təhlükəsizlik Şurasının silahlı toqquşmalarda uşaqların durumu mövzusunda keçirilən iclasında etdiyi çıxışında deyib: BMT Ali-Səudun terrorçu düşüncəsindən mənşə alan Suriyadakı uşaqlara qarşı zorakılıqların səbəblərini araşdırmayıb. 

Cəfəri deyib: Ərəb və digər ölkələrin kəşfiyyat orqanlarından ibarət olan MUK əməliiyyat ofisi suriyalı mötədil müxalifət adı altında minlərlə yaraqlıya suriyalı uşaqlara qarşı cinayətlər və terror əməliyyatları törətmək üçün rəhbərlik edir. 

Suriyanın BMT-dəki nümayəndəsi sonra deyib: BMT-nin hesabatı işğalçı sionist rejimin tətbiq etdiyi acınacaqlı şərait üzündən suriyalı uşaqların işğal olunmuş Cövlan bölgəsində məruz qaldıqları əzab-əziyyətləri əks etdirməyib və terrorçu qruplar tərəfindən yüzlərlə suriyalı uşağın oğurlanması barədə təhqiqatların aparılması böyük zərurət daşıyır. 

Suriyanın BMT-dəki nümayəndəsi daha sonra deyib: Səudiyyə Ərəbistanının başçılıq etdiyi Yəmənə qarşı koalisiyanın cinayətlərini də görməməzliyə vurmaq olmaz; bu cinayətlər nəticəsində yüzlərlə yəmənli uşaq həyatını itirib.