İraqın qərbində onlarla İŞİD terrorçusu məhv edildi
-
İraqın qərbində onlarla İŞİD terrorçusu məhv edildi
İraq ordusunun ölkənin qərbində yerləşən Rəmadi və Fəllucə şəhərlərində həyata keçirdiyi əməliyyatlar zamanı onlarla İŞİD terrorçusu məhv edilib.
Əl-Nəşrə informasiya portalının verdiyi məlumata görə, İraq ordusu hava qüvvələrinin çərşənbə günü Xalidiyə məntəqəsində İŞİD terrorçularının mövqelərinə olan hücumları zamanı İŞİD-in komandanlarından olan Zaxi Xələf Zibani 30 terrorçu ilə birlikdə ölüb.
Ordu və könüllü xalq qüvvələri bir neçə saat davam edən əməliyyat zamanı Fəllucə və Rəmadi arasındakı əlaqə yolunu terrorçulardan təmizləyərək, bu şose yoluna nəzarəti təmin ediblər.
Digər tərəfdən İraqda oğurlanmış yezidilərin işlərini araşdıran mərkəzin sədri Hüseyn Qaidi İŞİD terror qruplaşmasının 1400 yezidi uşağı oğurlayaraq, onlara terror təlimləri keçdiyini bildirib.
Süməriyə Nyus-un verdiyi məlumata görə, Qaidi deyib: 1770 yezidi qadın və kişi hələ də İŞİD-in əsiridir.
Qaidi daha sonra 400 mindən çox yezidinin Səncar və Bəşiqə məntəqələrindən didərgin düşdüyünü və qaçqın düşərgələrində ciddi sıxıntı və çatışmazlıqlar ilə üz-üzə olduqlarını bildirib.