Yəmən xalqının müqaviməti davam edir
Əl-Aləm telekanalı bildirib: Yəmən xalqı 500 gündən sonra səudiyyəli təcavüzkarlar qarşısında müqavimətini davam etdirir.
Səudiyyə Ərəbistanının Yəmənə təcavüzündən 500 gün keçir və Yəmən xalqı bu təcavüz qarşısında müqavimətini davam etdirir. Yəmən silahlı qüvvələri bu müddət ərzində müxtəlif qələbələrə nail olmuşlar və Nəcran, Cizan və Əsirdəki son qələbələrə işarə etmək olar.
Yəmən qüvvələri səudiyyəli hərbçilərin bir çox mövqeyini ələ keçirmişlər. Hazırda Yəmən qüvvələri Nəcran və Cizanda səudiyyəli qüvvələrin toplaşdığı məkanları raketlərlə hədəfə alırlar.
Yəmənə səudiyyəlilərin 500 günlük təcavüzü bu ölkə infrastrukturlarına böyük xəsarətlər vurmuşdur. Yüzlərlə zavod, körpü, məktəb və xəstəxana məhv olmuşdur. Bu hücumlar Yəmənin müxtəlif şəhərləri, xüsusilə Sədədə və sərhəd şəhər və kəndlərində böyük xarabalıqlar yaratmışdır. Bu təcavüzdən 500 günün keçməsi və kütləvi qırğınlara baxmayaraq, Yəmən xalqı öz müqavimətini davam etdirir.
Yəmən ordusu və xalq qüvvələri müharibədən bir il yarımın keçməsi ilə tam hərbi hazırlıq vəziyyətindədir. Bu qüvvələr qarşıdurmaları Ərəbistanın ərazisinə çəkə bilmişlər. Yəmən qüvvələri Nəcran, Cizan və Əsirdə səudiyyəlilərin bir çox hərbi mövqeyini ələ keçirə bilmişlər.